Azərbaycan Ermənistanda keçiriləcək müsabiqədə iştirak etməyəcək
Tarix: 26-09-2022 18:37 | Bölmə: Şou-biznes
Azərbaycan Ermənistanda keçiriləcək müsabiqədə iştirak etməyəcək

Azərbaycan Ermənistanda keçiriləcək “Uşaq Avroviziyası-2023”də iştirak etməyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “İctimai Televiziya və Radio Verilişləri” QSC-dən bildiriblər.

Ermənistan İctimai televiziyasının məlumatına görə, dekabrın 11-də İrəvənda baş tutacaq müsabiqədə 16 ölkə iştirak edəcək: Albaniya, İrlandiya, İtaliya, İspaniya, Polşa, Ermənistan, Şimali Makedoniya, Qazaxıstan, Malta, Niderland, Portuqaliya, Serbiya, Ukrayna, Birləşmiş Krallıq, Gürcüstan, Finlandiya.

Qeyd edək ki, ötən il Parisdə baş tutmuş “Uşaq Avroviziyası-2021”də Ermənistan təmsilçisi Malena “Qami, qami” mahnısı ilə qalib olmuşdu. Azərbaycanı təmsilçisi Sona Əzizova 5-ci yerdə qərarlaşmışdı.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər