Elza Seyidcahan maddi problemlərlə üzləşib
Tarix: 29-09-2022 15:36 | Bölmə: Şou-biznes
Elza Seyidcahan maddi problemlərlə üzləşib

"Yaradıcılığım aşıb daşır. Hər gün yeni bir əsər yaradıram. Mən heç dayanmıram. Amma maddiyat yoxdur ki, onları üzə çıxardım".

Reyting.az
xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib.

Müğənni son günlər yaşadığı maddi sıxıntılardan da danışıb. Seyidcahan deyib ki, artıq onun bəstələrini alan da yoxdur:

"Müğənnilər bəstəkar mahnıları oxumurlar. Hamısı pul gətirən mahnılara qaçıb. Hətta özləri yazır, aranjiman edir, özləri qazıb, montaj edirlər. Bəstəkara pul vermək onlara sərf etmir. Müasir dövrdür, hamısı kompüteri də bilir. Otururlar hazır ritmləri düzüb-qoşurlar, pul qazanırlar.

Dünyada müharibədir, şou-biznesə heç baş qoşan yoxdur. Amma Rusiyada müharibənin olması bizimkilərin toy biznesinə təsir edəcək".

Müğənni əlavə edib ki, məcburiyyətdən şou-proqramlara gedir:

"Toy üçün çalışmıram. Çalışsam, efirdə pul gətirən, toy tutacağım mahnılar oxuyardım. Mənim kimi bəstəkar məcbur şou-proqrama da, toya da gedirəm. Toy üçün çalışsaydım, hər gün toyum olardı. Toylarda necə gözəl oxuyuram hamı bilir. Mənə "meydangir" deyirlər. İstəyirəm ki, mən yaradıcılığımı bəstəkarlıqda formalaşdırım. Amma ailəmin ehtiyacı ucbatından toy və şou-proqrama gedirəm. Az da olsa, Allah bərəkət versin".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər