Putinin qərarına tabe olmayan məşhur reper intihar edib
Tarix: 01-10-2022 17:37 | Bölmə: Şou-biznes
Putinin qərarına tabe olmayan məşhur reper intihar edib

Rusiyada “Uolkie” kimi tanınan rep ulduzu İvan Vitalieviç Petunin Rusiya prezidenti Vladimir Putinin səfərbərlik qərarına etiraz əlaməti olaraq intihar edib.

Reyting.az
xəbər verir ki, dünən Putinin Donetsk, Luqansk, Zaporojya və Xersonun ilhaqını elan etməsinə dünyanın hər yerindən reaksiyaların gəldiyi bir vaxtda, bu ölkədə Putinin səfərbərlik qərarına etirazlar da davam edir.

Qismən səfərbərlik elan edilməsi və daha geniş yaş həddi olan rus kişilərinin orduya cəlb edilməsi mübahisələr yaratsa da, ruslar arasında panikaya düşənlər çoxdur. Səfərbərlik yaşında olan bir çox Rusiya vətəndaşı sərhədyanı ölkələrə qaçmağa çalışır.

Rusiyalı reperin döyüşə getməmək üçün özünü öldürməsi isə ölkə gündəminə “bomba” kimi güşüb.

İvan Petuninin Krasnodar şəhərində intihar etdiyi bildirilir.

27 yaşlı reperin bu yaxınlarda öz Telegram kanalında video yerləşdirdiyi və “heç bir ideal və ya şəxs naminə heç kimi öldürmək istəmədiyini” deməsinin görüntüləri qısa zamanda internetdə yayılıb.

Qeyd edək ki, İ. Petuninin meyiti Konqresnaya küçəsindəki hündür binanın yaxınlığında tapılıb.

Daha əvvəl Rusiya ordusunda xidmət edən və ruhi xəstəxanada müalicə alan İ. Petuninin yayımladığı videoda pərəstişkarlarına belə deyib: “Əgər bu videoya baxırsınızsa, mən artıq həyatda deyiləm. Qətl günahını ruhuma götürə bilmirəm və istəmirəm. Mən heç bir ideal uğrunda öldürməyə hazır deyiləm”.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər