11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
“Avroviziya”nın keçiriləcəyi şəhər müəyyənləşib
Tarix: 07-10-2022 23:42 | Bölmə: Şou-biznes
“Avroviziya”nın keçiriləcəyi şəhər müəyyənləşib

2023-cü ildə “Avroviziya” mahnı müsabiqəsi Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Liverpul müsabiqənin keçirilməsi uğrunda yarışda ölkənin Qlazqo, Birmingem, Lids, Mançester, Nyukasl və Şeffild şəhərlərini geridə qoyub.

Xatırladaq ki, müsabiqənin birinci yarım finalı mayın 9-da, ikinci yarım final mayın 11-də, final isə eyni ayın 13-də baş tutacaq.

Onu da qeyd edək ki, Böyük Britaniya 2022-ci ildə yarışmanın qalibi olan Ukraynanın Rusiya işğalına məruz qalması fonunda sayca 67-ci “Avroviziya” mahnı müsabiqəsini Ukraynanın adından keçirmək öhdəliyini götürüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}