“Avroviziya 2023”ün təqvimi bəlli olub
Tarix: 10-10-2022 16:36 | Bölmə: Şou-biznes
“Avroviziya 2023”ün təqvimi bəlli olub

“Avroviziya 2023” mahnı müsabiqəsinin təqvimi bəlli olub. Reyting.az-ın məlumatına görə, ilk yarımfinal mayın 9-na, ikinci yarımfinal mayın 11-nə, final mayın 13-nə təyin edilib.

Yarışa Böyük Britaniya – İngiltərənin Liverpul şəhəri ev sahibliyi edəcək. İştiraka razılıq verən ölkələr bunlardır: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Sloveniya, Ukrayna, Yunanıstan.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.

1969-cu ildə qələbə eyni vaxtda dörd ölkəyə (Böyük Britaniya, Fransa, İspaniya və Niderland) verilib, buna görə 66 dəfə keçirilmiş yarışın 69 qalibi var.(Novator.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}