16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Günay İbrahimlinin yeni klipi... - Video
Tarix: 14-10-2022 13:06 | Bölmə: Şou-biznes
Günay İbrahimlinin yeni klipi...

Müğənni Günay İbrahimli "Kabus gecələr" adlı mahnısına çəkilən klipini təqdim edib.

Reyting.az
xəbər verir ki, mahnının sözləri və musiqisi Zülfi Bədəlov, aranjimanı isə Elvin Musayevə məxsusdur. Klipin rejissorluğu Dele Orucluya həvalə olunub.

Yeni işindən bəhs edən Günay "Mahnı artıq bir neçə ildir ki, məndədir. Müəyyən səbəblərdən təqdim edə bilmirdim. Bu ilə qismət imiş. Düşünürəm ki, illər keçsə də, səs dəyişsə də, mahnı heç vaxt dəyişmir. Yaxşı mahnı həmişə yaşayır. Bu ərsəyə gələn iş də, inanıram ki, o mahnılar sırasında olar. Mahnı məhz mənim istəyim ilə səsimə uyğun olaraq Zülfi Bədəlov tərəfindən yazılıb. Bizim işbirliyimiz daim yaxşı alınır. Biri-birimizi çox yaxşı başa düşürük",- sözlərini əlavə edib.(Axşam.az)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}