Məşhur aktrisanı qətlə yetiriblər
Tarix: 28-10-2022 21:51 | Bölmə: Şou-biznes
Məşhur aktrisanı qətlə yetiriblər

“Sevgi” filmi ilə tanınan bolqariyalı məşhur aktrisa Violeta Doneva Sofiyadakı mənzilində qətlə yetirilib.

Reyting.az
xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Bildirilir ki, 79 yaşlı aktrisa bir neçə gün qohumalarının telefon zənlərinə cavab verməyib. Bundan sonra polis müraciət olunub və hüquq-mühafizə orqanının əməkdaşları onun meyitini aşkar ediblər. Ulduzun bədənində zorakı ölüm əlamətləri tapılıb.

Hazırda əsas şübhəli şəxs aktrisanın psixi pozğunluğu olan yaxın qohumlarından biridir.

Qeyd edək ki, Donevanın oynadığı "Sevgi" filmi 1973-cü ildə VIII Moskva Beynəlxalq Film Festivalının Qızıl Mükafatını qazanıb.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}