Müğənni Günelin ailəsi dağılıb
Tarix: 05-11-2022 10:31 | Bölmə: Şou-biznes
Müğənni Günelin ailəsi dağılıb

Müğənni Günel Ələkbərova həyat yoldaşı ilə ayrılıb.

Reyting.az
xəbər verir ki, bu barədə G. Ələkbərova "MTV maqazin" verilişində bildirib.

Şou-biznesdə daha çox Pişik Günel kimi tanınan müğənni deyib ki, ailəsi dağılsa da, qızı Məryəmin atası ilə görüşünü əngəlləmir:

"O, mənim yanlış etməyəcəyimi bilir. Qızımın xoşbəxt olması üçün çalışıram, o da çox qayğıkeş, yaxşı atadır. Övladımın yanına gəlib-gedir, amma şəxsi münasibətimiz yoxdur. Biz qızımız üçün bəzən bir araya gəlirik. İki mədəni insan kimi ayrılıq qərarı vermişik”.

Növbəti dəfə ailə qurmağa gəldikdə, G. Ələkbərova bu barədə düşünmədiyini deyib: “Mən qız anasıyam. İstəmərəm, mümkünsüzdür. Mən ögey ata ilə böyümüşəm, istəmərəm ki, qızımın da ögey atası olsun”.

Qeyd edək ki, ötən günlərdə "Elgizlə izlə" verilişində qonaq olan G. Ələkbərova üç dəfə boşanıb, dördüncü dəfə ailə qurduğunu açıqlamışdı.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər