ABŞ kəşfiyyatı məşhur türk modeli evinə basqınla saxlayıb
Tarix: 01-02-2023 15:40 | Bölmə: Şou-biznes
ABŞ kəşfiyyatı məşhur türk modeli evinə basqınla saxlayıb

Məşhur türk model ABŞ kəşfiiyatı (FBİ) tərfindən evinə basqınla saxlanılıb.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, ötən il Mayamidə Fevzi Kardeseci ilə ailə quran model Yeşim Erçetin bu gecə səhərə yaxın yaşadığı evdə həyat yoldaşı ilə birgə tutulub.

Məlumata görə, cütlük kriptopullarla bağı qanunsuz əməliyyatda ittiham olunurlar. Hər iki şəxsin bütün hesabları və pasportları bloklanıb.

Məsələ ilə bağlı açıqlama verən modelin əvvəlki həyat yoldaşı Əmrə Matraş deyib ki, qonşular olmasaymış, əməliyyat zamanı evdə olan 10 yaşlı qızına da Amerika kəşfiyyatı "əl qoyacaqmış": "Yerli qanunlara görə, bu hada mən onu 16 yaşadək Türkiyəyə gətirə bilməyəcəkdim. Yaxşı ki, qonşular qızımı aparmağa qoymayıblar. İndi onları 50-100 min dollar girovla da qurtarmaq mümkün deyil. Keçmiş arvadım yeni ərinin dələduzluğunun qurban oldu".


KÖNÜL
Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər