07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Duet ortağı Nigar Camalı Moskvaya çağırıb - Videolar
Tarix: 14-02-2023 12:55 | Bölmə: Şou-biznes
Duet ortağı Nigar Camalı Moskvaya çağırıb

“Avroviziya 2011” qalibimiz Nigar Camal Moskvaya gedib.

Reyting.az
“Olay”a istinadla xəbər verir ki, sənətçi Rusiyaya duet ortağı Dima Bilanın dəvəti ilə səfər edib.

O, Bilanın 14-15 fevralda “Crocus City Hall”da keçiriləcək yubiley konsertində çıxış edəcək. Müğənninin sənət fəaliyyətinin 25 ili münasibətilə baş tutacaq gecədə Nigar Dimayla “Обними меня” duetini səsləndirəcək.

Sənətçi Rusiyaya ötən gün yollanıb. Məşhur hotellərin birində qalan Nigara otağına girərkən sürpriz də edilib. Onun fotolarının asıldığı şarlar və “Xoş gəldin” məktubu otağa qoyulub.

Qeyd edək ki, konsertlərdə Nigar Camala rejissor Ranar Musayev yoldaşlıq edəcək.

Onu da bildirək ki, sözügedən duet 2012-ci ildə “Muz” TV mükafatlarında “Rusiyada ilin ən yaxşı dueti” nominasiyası üzrə qalib olub. Onlar 5 il sonra mahnını Bakıda keçirilən “JARA” festivalında ifa ediblər.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}