Müğənni ilə rəqqasənin ölüm səbəbi bəlli olub
Tarix: 20-02-2023 15:37 | Bölmə: Şou-biznes
Müğənni ilə rəqqasənin ölüm səbəbi bəlli olub

Gəncədə müğənni ilə rəqqasənin ölüm hadisəsilə bağlı bəzi məqamlar üzə çıxıb.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, ilkin araşdırmalardan sonra 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının dəm qazından zəhərlənmə səbəbindən vəfat etmələri müəyyənləşib.

O da məlum olub ki, hər iki şəxs fevralın 18-də Gəncə şəhər sakini Y. Rzayevaya məxsus evə qonaq gediblər. Onlardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Fevralın 19-da günorta saatlarında isə hər iki şəxsin qonaq getdikləri evdə həyatını itirdikləri məlum olub.

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}