Məşhur aktyor ikinci dəfə evlənib - Foto
Tarix: 06-03-2023 18:57 | Bölmə: Şou-biznes
Məşhur aktyor ikinci dəfə evlənib

Türkiyənin məşhur aktyoru, hazırda "Behzat Ç" serialında baş rolu oynayan Mehmet Ali Nuroğlu ailə qurub.

Reyting.az
xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində paylaşım edib.

Bildirib ki, çox sadə nigah mərasimi ilə həyatını uzun illər sevgili olduğu Berrin Ağırbaş ilə birləşdirib.

Xatırladaq ki, 43 yaşlı Mehmet Ali Nuroğlu br çox məşhur filmlərdə rol alıb. Onun "Sen Anlat Karadeniz" və sair filmlərdə canlandırdığı obraz isə daha çox sevilən olub.

Onu da qeyd edək ki, bu, aktyorun ikinci evliliyidir. O, bundan əvvəl Çiçek Nuroğlu ilə ailəli olub. Çütlük 12 il əvvəl boşanıblar.

LALƏ
Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}