16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ölkəmizin "Avroviziya"dakı səhnə tərtibatını danimarkalı rejissor hazırlayacaq
Tarix: 27-03-2023 14:41 | Bölmə: Şou-biznes
Ölkəmizin "Avroviziya"dakı səhnə tərtibatını danimarkalı rejissor hazırlayacaq

İngiltərənin Liverpul şəhərində keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində ölkəmizin səhnə tərtibatını hazırlayacaq rejissorun adı açıqlanıb.

Reyting.az
xəbər verir ki, bu iş danimarkalı rejissor Mads Enqqaarda həvalə edilib.

Məlumata görə, M. Enqqaard artıq 19 ildir sözügedən yarışmada yer alan ölkələrin nümayəndə heyəti ilə çalışır. O, bundan əvvəl Çingiz Mustafayevin "Truth", Samirə Əfəndinin "Cleopatra" və "Mata Hari", Nadir Rüstəmlinin "Fade to black" çıxış nömrələrini hazırlayıb.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya 2023"də "Tell me more" mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edəcək. bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}