08:34 / 25-12-2024
Ottava Pekinə etiraz edir
Bukmeykerlərin "Avroviziya" ilə bağlı proqnozu açıqlanıb
Tarix: 03-04-2023 14:49 | Bölmə: Şou-biznes
Bukmeykerlərin "Avroviziya" ilə bağlı proqnozu açıqlanıb

Bukmeykerlər 67-ci "Avroviziya" Mahnı Müsabiqəsi haqda fikirlərini bölüşməyə davam edir.

Reyting.az
Axşam.az-a istinadla xəbər verir ki, bukmeykerlərin proqnozu İsveçrə tərəfindədir. Onlar ötən ilin qalibi Ukraynanın adından Böyük Britaniyada keçiriləcək yarışmada İsveçrə təmsilçisi Loreni birinci görürlər. Onlar "Tatoo" mahnısı ilə ölkəsini təmsil edəcək ifaçının 39 faiz səslə ilk sırada yer alacağını bildiriblər.

İkinci yerdə "Cha Cha Cha" mahnısı ilə fin sənətçisi Käärijä, üçüncü yerdə "Heart of Steel" treki ilə Ukraynanın "Tvorchi" qrupunun olacağı təxmin edilib. Bukmeykerlər dördüncü yerdə "Queen Of Kings" mahnısı ilə norveçli müğənni Alessandra, "EAEA" mahnısı ilə Blanka Paloma ilə təmsil olunan İspaniyanı görürlər.

Bukmeykerlər Azərbaycan təmsilçiləri Tural və Turan qardaşlarının "Tell me more" mahnısını uğursuz hesab edib.

Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. Tural və Turan "Tell me more" mahnısı ilə birinci yarımfinalda çıxış edəcəklər.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər