Müğənni Günay həmkarlarından narazıdır
Tarix: 10-04-2023 14:25 | Bölmə: Şou-biznes
Müğənni Günay həmkarlarından narazıdır

“Müğənnilər butikimə gəlmirlər. Düşünürəm ki, onlar öz eqolarından bunu özlərinə sığışdırmırlar. Amma mənim butikimin qapısı hər bir sənət yoldaşlarımın üzünə açıqdır. Kim istəyir, gələ bilər. İstərdim ki, qapıma gələn məşhurun geyim tərzini dəyişim, o, fərq görünsün”.

Bu sözləri müğənni Günay İbrahimli “MTV maqazin”ə açıqlamasında bildirib.

O, sahib olduğu atelyeyə məşhur simaların gəlmədiyini deyib və bunun səbəbini də açıqlayıb:

“Atelyemə biznes kimi baxıram, sənətimə isə sənət kimi. Əlbəttə ki, sənətimdən daha çox pul qazanıram. Zamanımın çox hissəsini butikdə keçirirəm. Hər zaman özümə məxsus geyim butikimin olmasını istəmişəm. Sadəcə, maddi problemlər olduğundan işi tez qura bilmədim”.(Olay)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}