08:34 / 25-12-2024
Ottava Pekinə etiraz edir
"Space səhər" verilişində gərgin anlar yaşanıb: "Efirə çıxmaq üçün ürəyi gedən müğənnilər var"
Tarix: 11-04-2023 13:27 | Bölmə: Şou-biznes
"Space səhər" verilişində gərgin anlar yaşanıb: "Efirə çıxmaq üçün ürəyi gedən müğənnilər var"

"Space" televiziyasında Rövşanə Ağasəfqızının aparıcılıq etdiyi "Space səhər" verilişində gərgin anlar yaşanıb.

Reyting.az
xəbər verir ki, əməkdar artist İlkin Əhmədovun canlı yayıma iki saat gec gəlməsi aparıcını özündən çıxarıb:

"İlkin Əhmədovu qonaq dəvət etmişik. Məsuliyyət sıfır... Səhər tezdən canlı efirə gəlirsən, biz səhər saat 6-dan burdayıq. İlkin, hardasan? Biz sənə hörmət etmişik, verilişin anonsu paylaşılıb. İnsanlar səni gözləyir. Vaxtında efirə gəlmək lazımdı. Gələ bilmirdinsə deyərdin ki, vaxtım yoxdur. Nə çox müğənni, nə çox ifaçı. Efirə çıxmaq üçün ürəkləri də gedir. Canla-başla gəlib burada əyləşəcəkdilər.

Hardasan? Bu qədər tıxacmı olur?! Bu hörmətsizlikdir və nə haqla bizə hörmətsizlik edirsən? O zaman bizdən də hörmətsizlik gör. Hansı haqla efirimizi boş qoymaq keyfindəsən?

10 dəqiqəyə veriliş bitir. Bizim efirimoz alt-üst oldu. Bu saatdan sonra İlkinin efirə gəlməsinə ehtiyac yoxdur".

Qeyd edək ki, İlkin Əhmədov verilişin bitməsinə 10 dəqiqə qalmış gəlib(Teleqraf.com)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər