Ukraynanın əks-hücum üçün kifayət qədər silahı var - Nazir
Tarix: 05-06-2023 23:30 | Bölmə: Xəbərlər
Ukraynanın əks-hücum üçün kifayət qədər silahı var

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlamaq üçün kifayət qədər silaha malikdir və bu əməliyyat ölkəyə NATO-ya daxil olmaq üçün lazım olan qələbəni qazandırcaq. Reyting.az xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba “Röyters” agentliyinə müsahibəsində bildirib.

Nazir deyib ki, Ukraynanın NATO-ya üzvlüyü aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün olacaq.

Kuleba Ukraynanın əks-hücuma başlayıb-başlamayacağı barədə suala cavab verməyib. Deyib ki, ən önəmlisi əks-hücumun nə vaxt başlaması deyil, onun ukraynalıların qələbəsi ilə başa çatmasıdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}