16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Milli Müdafiə Universiteti Bakı marafonuna qoşulub - Fotolar
Tarix: 04-05-2025 11:11 | Bölmə: Cəmiyyət
Milli Müdafiə Universiteti Bakı marafonuna qoşulub

Milli Müdafiə Universiteti, Heydər Əliyev adına Hərbi İnstitutun kursant heyətinin də iştirakı ilə bu ilki Bakı marafonunda təmsil olunur. “Küləyə qalib gəl!” şüarı altında yarışan kursantlar və zabit heyəti komanda ruhunu, vətənpərvərliyi və əzmkar iradəni bir daha nümayiş etdirirlər.

Reyting.az xəbər verir ki, “Fəxr edəcəyin gələcəyi seç!” çağırışı ilə yola çıxan gənclər yalnız məsafəni deyil, həm də fiziki və mənəvi sərhədləri aşaraq Azərbaycan Ordusunun güclü, müasir və elit gələcəyini təcəssüm etdirirlər.

Qeyd edək ki, Milli Müdafiə Universiteti bu gün ölkəmizin hərbi təhsil sistemində aparıcı mövqedə olan, beynəlxalq səviyyəli mütəxəssislər hazırlayan modern təhsil mərkəzidir. Dövlət hesabına təhsil almaq imkanı, Türkiyə, Rusiya, İtaliya, Almaniya və Koreya kimi ölkələrdə təcrübə və ixtisasartırma proqramları ilə bu universitet gələcəyin hərbi liderlərini yetişdirir.






Bölməyə aid digər xəbərlər