Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub
Tarix: 06-06-2023 10:59 | Bölmə: Xəbərlər
Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Nəsimi rayon Mühafizə İdarəsinin rəisi, polis polkovnik-leytenantı M.Məmmədov tutduğu vəzifədən azad edilib. O, Səbail Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Xətai rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki N.Həsənov isə vəzifədən azad edilərək Nəsimi rayon Mühafizə İdarəsinin rəisi postuna gətirilib.

Bundan başqa Suraxanı Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki S.Hüseynov Xətai rayon Mühafizə İdarəsinin rəisi, Abşeron rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki A.Məmmədov isə Suraxanı rayon Mühafizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}