Ən zərərli casusun meyiti tapılıb - Foto
Tarix: 06-06-2023 11:27 | Bölmə: Xəbərlər
Ən zərərli casusun meyiti tapılıb

ABŞ tarixində ən zərərli casusluq fəaliyyətinə imza atmış Robert Hansen 20 il Sovet İttifaqı və Rusiya kəşfiyyatı üçün işləyib.

Reyting.az
xəbər verir ki, 2002-ci ildə əvvəl Sovet İttifaqı, sonra isə Rusiya Federasiyası üçün 20 ildən çox casusluq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş FTB agenti Robert Hanssen həbsxanada ölüb.

79 yaşlı Hanssen Kolorado ştatının Florensiya şəhərində yüksək rejimli həbsxanada saxlanılıb.

Həbsxana rəhbərliyinin açıqlamasında kamerada hərəkətsiz qalan Hansenin müalicəsinin qeyri-kafi olduğu bildirilib. Lakin keçmiş FTB agentinin ölüm səbəbi açıqlanmayıb.

Hansen 1976-cı ildə Amerika Federal Təhqiqat Bürosuna (FTB) qoşulub. FTB-nin saytındakı məlumata görə, o, 1985-ci ildə Sovet İttifaqına “tam məxfi” məlumatları satmağa başlayıb. FTB-də “Ramon Garcia” təxəllüsündən istifadə edən Hansen ABŞ tarixinin ən zərərli casusluq fəaliyyətlərindən birini həyata keçirib və illərlə onu ifşa etmək mümkün olmayıb.

Tutulduqdan sonra məlum olub ki, o, casusluq fəaliyyəti müqabilində 1,4 milyon dollardan çox sərvət əldə edib.

Uzun illər FTB Hansenin sızdırdığı məlumatların mənbəyini axtarmağa davam edib. 300-dən çox müstəntiqin işi ilə Hansen 2001-ci ilin fevralında
Virciniya parkında məxfi məlumatları təhvil verərkən saxlanılıb.

Tutulmazdan əvvəl Hansen arvadı və altı uşağı ilə birlikdə Virciniya ştatında dörd otaqlı evdə yaşayıb.

Onu da qeyd edək ki, Hansenin saxlandığı ADX Florence həbsxanası ölkənin ən yüksək təhlükəsizlik müəssisələrindən biri kimi tanınır. Ömürlük həbs cəzasına məhkum edilmiş “Əl-Qaidə” yaraqlısı Zəkəriyyə Musəvi və 2013-cü il aprelin 15-də Boston marafonunda hücumu həyata keçirən Cevher Çarnayev də bu müəssisənin “qonağıdır”.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}