14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İcra başçısının keçmiş müavini həbs olunub
Tarix: 06-06-2023 13:05 | Bölmə: Xəbərlər
İcra başçısının keçmiş müavini həbs olunub

Lənkəran şəhər icra hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimov saxlanılıb.

Onun içkili olduğu ehtimalına görə müvafiq yoxlamadan keçirilməsinin vacibliyi qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis idarəsinə aparılıb.

Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev "Report"un yerli bürosuna bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.

O, cinayət işinin istintaqının davam etdirilməsindən ötrü toplanmış materialların aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərildiyini qeyd edib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəranın icra başçısının müavini vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}