09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ərdoğan və Netanyahu Nyu-Yorkda görüşüblər
Tarix: 20-09-2023 12:06 | Bölmə: Xəbərlər
Ərdoğan və Netanyahu Nyu-Yorkda görüşüblər

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrailin baş naziri Benyamin Netanyahu görüşüblər.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə prezidentinin kommunikasiya idarəsi məlumat yayıb.

Məlumata görə, tərəflər iki ölkə arasında siyasi və iqtisadi münasibətləri, İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələri, eləcə də beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Görüş zamanı prezident Ərdoğan deyib ki, Türkiyə İsrail ilə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində birgə fəaliyyət göstərə bilər. Onun sözlərinə görə, tərəflər sülh naminə birlikdə çalışmalıdırlar.

"Əlaqələrimiz güclənir", - Netanyahu Ərdoğana görüşün əvvəlində deyib.

Liderlər İsrail və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı razılığa gəlmək səylərini, digər regional və beynəlxalq məsələləri də müzakirə etdilər.

Netanyahu iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığa, o cümlədən "İranın İstanbulda israillilərə hücum cəhdlərinin qarşısının alınmasına" görə Ərdoğana təşəkkür edib.

İki ölkə lideri yaxın vaxtlarda İsrail və Türkiyəyə rəsmi səfərlər təşkil etmək barədə razılığa gəliblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb