Ermənistan polisi müxalifət liderlərindən birini saxlayıb
Tarix: 22-09-2023 11:37 | Bölmə: Xəbərlər
Ermənistan polisi müxalifət liderlərindən birini saxlayıb

Ermənistanın xüsusi təyinatlı polis qüvvələri səhər tezdən ölkənin müxalifət liderlərindən biri - Andranik Tevanyanı saxlayıb. Reyting.az-ın xəbərinə görə, bu, İrəvanın mərkəzində küçənin bağlamasından sonra baş verib.

Onun saxlanılmasını əks etdirən video sosial şəbəkələrdə tərəfdarları tərəfindən yayılıb.

Səhər saatlarından İrəvanda küçələr bağlanıb, polis artıq müxalifət fəallarını həbs etməyə başlayıb. TASS müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Nazirlər Kabinetinin binası sıx polis kordonu ilə əhatə olunub və orada baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətin iclası gözlənilir. Müxalifət isə binanın qarşısını kəsmək və Nazirlər Kabinetinin iclas keçirməsinə mane olmaq niyyətindədir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb