09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İrəvanda aksiya: polis 98 nəfəri saxlayıb
Tarix: 22-09-2023 18:04 | Bölmə: Xəbərlər
İrəvanda aksiya: polis 98 nəfəri saxlayıb

Ermənistan polisi İrəvanda hökumət əleyhinə etiraz aksiyaları zamanı ümumilikdə 98 nəfəri saxlayıb. Reyting.az Ermənistan KİV-lərinə istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanının mətbuat xidməti məlumat yayıb.

Saxlanılanların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə polisə aparılıb.

Sentyabrın 22-də səhər saatlarından etibarən İrəvan küçələrində etiraz aksiyaları keçirilir. Etirazçılara bir sıra universitetlərin tələbələri və müəllimləri də qoşulub.

Polis bir neçə dəfə nümayişçilərə qarşı güc tətbiq edib.

Xatırladaq ki, sentyabrın 20-dən Ermənistan hökumət binası qarşısında etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları Ermənistan hakimiyyətindən konkret addımlar atmağı, ilk növbədə Qarabağla bağlı tələblər irəli sürür, baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb