Kurskda FTX-nin binasına zərbə endirilib
Tarix: 24-09-2023 15:33 | Bölmə: Xəbərlər
Kurskda FTX-nin binasına zərbə endirilib

Bu gün Rusiyanın Kursk şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına birbaşa zərbə endirilib və yanğın baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki məlumatlı mənbələr bildirib.

“Bu gün Kursk şəhərində gözəl hadisə baş verir, yəni FTX adlanan binaya dron dəyir. Bu faktdır. Biz bunu təsdiqləyə bilərik”, - hərbi kəşfiyyatdan təsdiq ediblər.

Baş Hərbi Kəşfiyyat İdarəsi də bunun “birbaşa zərbə” olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl Kursk vilayətinin qubernatoru Roman Starovoyt “Ukraynaya məxsus pilotsuz uçan aparatın Mərkəzi Dairədəki inzibati binaya hücumu” barədə məlumat verib. Rusiya rəsmisi iddia edib ki, hücum səbəbindən dam örtüyü “azca zədələnib”. Yerli sakinlər partlayışdan əvvəl şəhərin müxtəlif ərazilərində şəhərin üstündə “təyyarə” görüblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb