09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Prezidentin köməkçisi Qənirə Paşayevanı ziyarət edib
Tarix: 24-09-2023 15:51 | Bölmə: Xəbərlər
Prezidentin köməkçisi Qənirə Paşayevanı ziyarət edib

Deputat Qənirə Paşayevanın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Reyting.az
xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qənirə Paşayevanın sağlıq durumu Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır.

Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov Qənirə Paşayevanı ziyarət edib.

Xatırladaq ki, Q. Paşayeva komaya düşüb, vəziyyəti stabil ağırdır.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb