Xankəndidən Qarakilsəyə meyit daşınır - Fotolar
Tarix: 26-09-2023 13:50 | Bölmə: Xəbərlər
Xankəndidən Qarakilsəyə meyit daşınır

Ermənistan Səhiyyə Nazirliyi sentyabrın 25-də axşam saatlarında Xankəndi şəhərində baş verən partlayış nəticəsində ölənlərin helikopterlə daşınmasının görüntülərini yayıb.

Reyting.az
xəbər verir ki, meyitlərin daşındığı ilk helikopter Zəngəzurun Qarakilsə (Sisiyan) rayonuna enib, oradan isə İrəvandakı tibb mərkəzlərinə aparılacaq.

Xatırladaq ki, Ermənistandan helikopterin Xankəndiyə gəlişinə Azərbaycan tərəfi razılıq verib. Əks təqdirdə Ermənistan Azərbaycan ərazisinə helikopter göndərməyə cürət etməzdi.

Onu da qeyd edək ki, Xankəndidə baş verən partlayışdan zərər çəkən erməni sakinlərinə Azərbaycan tərəfi mümkün tibbi yardımı göstərir və lazımi dəstəyini əsirgəmir.




ELÇİN




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb