09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Şəmkirdəki qəzada iki nəfər həyatını itirib
Tarix: 28-09-2023 08:56 | Bölmə: Xəbərlər
Şəmkirdəki qəzada iki nəfər həyatını itirib

Şəmkir rayonunun Qapanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ГАЗ” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb