09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Yevlaxda ər arvadını öldürüb
Tarix: 28-09-2023 10:20 | Bölmə: Xəbərlər
Yevlaxda ər arvadını öldürüb

Sentyabrın 28-də Yevlax rayonu, Tanrıqulular kənd sakini 1963-cü il təvəllüdlü Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan Reyting.az-a bildirilib ki, araşdırma zamanı 1960-cı il təvəllüdlü Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb