09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Almaniya Baltikyanı ölkələri Rusiyadan qoruyacaq
Tarix: 28-09-2023 11:52 | Bölmə: Xəbərlər
Almaniya Baltikyanı ölkələri Rusiyadan qoruyacaq

Baltikyanı ölkələrdəki NATO müttəfiqləri Rusiya Federasiyasından yaranan təhlükələr zamanı Berlinə arxalana bilərlər. Reyting.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Estoniyanın paytaxtı Tallində keçirilən illik Baltik Müdafiə Konfransında (ABCD) deyib.

Müdafiə nazirinin sözlərinə görə, Baltikyanı regiondakı NATO müttəfiqləri lazım gəldikdə Almaniyanın onlara hərbi dəstək verəcəyinə əmin ola bilərlər.

"Almaniya məsuliyyəti və lider rolunu öz üzərinə götürür", - deyə Pistorius əmin edib.

O, həmçinin Bundesver briqadasının Litvada yerləşdirilməsi planlarını da təsdiqləyib. Onun sözlərinə görə, bu briqada dörd min əsgəri, eləcə də onların ailələrini ölkədə daimi yerləşdirəcək və bunun detalları ilin sonuna qədər razılaşdırılacaq.

Pistorius həmçinin Ukraynanı Rusiyaya qarşı müdafiədə Berlinin uzunmüddətli dəstəyinə əmin edib və Rusiya prezidenti Vladimir Putinin öz məqsədlərinə nail olacağı təqdirdə ağır nəticələrlə bağlı xəbərdarlıq edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb