09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İran qonşu ölkələrlə viza rejimini ləğv etməyə çalışır
Tarix: 28-09-2023 18:02 | Bölmə: Xəbərlər
İran qonşu ölkələrlə viza rejimini ləğv etməyə çalışır

İran qonşu ölkələrlə viza rejimini ləğv etməyə çalışır. Reyting.az-ın xəbərinə görə, İranın mədəni irs, turizm və sənətkarlıq naziri Ezatullah Zərqami bildirib ki, onun idarəsi Xarici İşlər Nazirliyi ilə birlikdə qonşu ölkələrlə viza rejiminin ləğvi üzərində işləyir.

IRNA-nın məlumatına görə, Ezatullah Zərqami son iki ildə İrana gələn xarici turistlərin koronavirus pandemiyasından sonrakı illə müqayisədə 38 faiz artdığını bildirib. “Koronavirus pandemiyasından sonra İranda turizm artımı qlobal orta göstəricidən 3 dəfə yüksək olub. Amma bu statistika ölkəmizin turizm imkanları ilə müqayisədə azdır. Biz turistlərin real artımını hədəfləyirik”, - deyə Zərqami əlavə edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb