09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Gəmidə bir ton kokain tapılıb - Əməliyyat
Tarix: 29-09-2023 09:46 | Bölmə: Xəbərlər
Gəmidə bir ton kokain tapılıb

İspaniyanın təhlükəsizlik rəsmiləri İspaniyaya gedən balıqçı qayığında Cabo-Verde sahillərində bir ton kokaini ələ keçiriblər.

Reyting.az
xəbər verir ki, Milli Polisin agentləri, Portuqaliya Ədliyyə Polisi və Vergi Agentliyinin Gömrük Nəzarəti ilə birgə əməliyyat keçirərək, Kabo-Verde sularında üzərində 1000 kiloqram kokain yüklənmiş, bayraqsız balıqçı gəmisini saxlayıblar.

İspaniya Daxili İşləri Nazirliyi bildirib ki, İspaniyaya gedən gəminin altı ekipaj üzvü saxlanılıb. Onlardan ikisi Albaniya vətəndaşıdır.

Məlumata görə, əməliyyat ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi (DEA) və İspaniya Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilib. İstintaq zamanı gəminin arxa göyərtəsində kokain hidroxloridinin daşınması üçün istifadə olunan 40 bağlama tapılıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb