Ukraynaya “F-16” qırıcıları göndərirlər
Tarix: 07-11-2023 17:53 | Bölmə: Xəbərlər
Ukraynaya “F-16” qırıcıları göndərirlər

Hollandiyadan Ukraynaya göndərilən ilk “F-16” təyyarəsi Rumıniyaya gəlib. Ukraynalı pilotlar prezident Vladimir Zelenski tərəfindən yaradılan mərkəzdə bu qırıcılar üzərində təlim keçəcəklər.

Reyting.az
-ın xəbərinə görə, çərşənbə axşamı Amsterdam ilk 5 təyyarəni təhvil verib.

Bildirilir ki, ümumilikdə, Hollandiya Ukrayna Silahlı Qüvvələrinin təlimi üçün birgə təşəbbüs çərçivəsində Rumıniyaya 12-dən 18-ə qədər “F-16” qırıcısı tədarük etməlidir. Bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hollandiya həmçinin Ukraynaya birbaşa döyüşdə istifadə üçün “F-16” qırıcılarının tədarükünə də söz verib.

Xatırladaq ki, bundan əvvəl Danimarka, Norveç və Belçika hökumətləri də müvafiq açıqlama vermişdilər.

Oktyabrın 10-da Ukrayna lideri Vladimir Zelenski Buxarestə səfəri zamanı Rumıniyada ukraynalı pilotların “F-16” qırıcıları üçün təlim mərkəzi yaradılacağını bildirib. “Ukraynalı pilotlar təlimin ilk dalğasına daxil ediləcək”, - deyə Zelenski bildirib. O, Rumıniyaya Ukraynanın müttəfiqlərinin Ukrayna Silahlı Qüvvələrinə adıçəkilən döyüşçülərə təlim keçmək üçün yaratdığı koalisiyanın üzvü kimi göstərdiyi dəstəyə və səylərə görə təşəkkür edib.

Ekspertlər ehtimal edirlər ki, “F-16” qırıcılarını əldə etdikdən sonra Rusiyanın Ukrayna səmasında durumu daha da çətinləşəcək və bu, Kiyevə üstünlüklər qazandıracaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər