Tramp İstanbul danışıqlarına qatılmayacaq
Tarix: 15-05-2025 08:06 | Bölmə: Slayd
Tramp İstanbul danışıqlarına qatılmayacaq

ABŞ prezidenti Donald Tramp Şərqə səfərindən öncə proqramına sülh danışıqlarına şəxsən vasitəçilik etmək üçün Türkiyədə dayanmağın əlavə edilməsini razılaşdırmışdı. Amma sonda məlum olub ki, Tramp İstanbulda Rusiya–Ukrayna münaqişəsi ilə bağlı danışıqlara qatılmayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə CNN Ağ ev rəsmilərinə istinadla məlumat yayıb.

Qərb mətbuatının yazdığına görə, bu qərar Rusiya prezidenti Putinin Ukrayna ilə danışıqlar üçün İstanbula gedəcək nümayəndə heyətinin tərkibini təsdiqlədikdən sonra qəbul edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər