Azərbaycanlı tələbənin meyiti 40 gün sonra Kür çayından tapılıb
Tarix: 15-05-2025 00:12 | Bölmə: Cəmiyyət
Azərbaycanlı tələbənin meyiti 40 gün sonra Kür çayından tapılıb

Gürcüstanın paytaxtı Tbilisidə Kür çayına düşən avtomobilin və içərisindəki şəxslərin axtarışları zamanı qadın meyiti aşkarlanıb.

24News.ge xəbər portalı bildirir ki, tapılan meyit aidiyyəti üzrə ekspertizaya göndərilib.

Ekspertiza nəticələrinə əsasən müəyyən olunub ki, meyit 40 gün əvvəl itkin düşmüş Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya məxsusdur.

Xatırladaq ki, Aytac Məmmədova ötən ay itkin düşüb və axtarışları nəticə verməyib(Report).

Reyting.az xəbər verir ki, Aytac tələbə olub. O, Tbilisidəki universitetlərdən birinin tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq