Tarladan tapılan 150 ton qızıl kəndlilər üçün problemə çevrilib
Tarix: 14-05-2025 17:13 | Bölmə: Dünya
Tarladan tapılan 150 ton qızıl kəndlilər üçün problemə çevrilib

Fransanın Auvergne bölgəsində yaşayan 52 yaşlı fermer Mişel Düpon öz torpağında təxminən 150 ton və 4 milyard avro dəyərində olduğu təxmin edilən qızıl yatağı aşkar edib. Lakin bu tapıntı Düponun və kəndlilərin həyatını müsbət mənada dəyişdirmək əvəzinə onlara problem yaradıb.

Reyting.az
xəbər verir ki, Düponun öz torpağında kəşfi artıq dünya mediasında geniş işıqlandırılıb. Bununla belə, Fransa səlahiyyətliləri bölgədəki bütün fəaliyyətləri dərhal dayandırmalı və ekoloji və hüquqi qiymətləndirmələri tamamlamalı olduqlarını bəyan ediblər.

Qüyd edək ki, Fransada yeraltı sərvətlər şəxsi torpaqlarda tapılsa belə, dövlətin nəzarəti altındadır. Bu səbəbdən Düpon kəşf etdiyi qızıl mədənindən birbaşa faydalana bilmir. Səlahiyyətlilər ətraf mühitə təsirləri və hüquqi öhdəlikləri qiymətləndirmək üçün ərazini möhürləyib. Bu isə yerli əhali arasında fikir ayrılıqları yaradıb.

Bəziləri bunu böyük iqtisadi fürsət saysa və bölgənin iqtisadi cəhətdən inkişaf edə biləcəyinə inansalar da, digərləri sənaye mədənlərinin ətraf mühitə və onların həyat tərzinə zərər verə biləcəyindən narahatdırlar.

Qızıl mədəninə hələ də fəaliyyət göstərmək üçün lisenziya verilməsə də, bu kəşfdən sonra baş verəcək prosesin Fransanın təbii ehtiyatların idarə edilməsində və hüquqi tənzimləmələrində əhəmiyyətli dönüş nöqtəsi olacağı gözlənilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər