12:34 / 13-05-2025
Sabah yağış yağacaq
"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib
Tarix: 13-05-2025 13:28 | Bölmə: Xəbərlər
"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib

"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib".

Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tələblərdən kənara çıxmaq olmaz. "Son zəng"lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yükü yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir".

Xatırladaq ki, Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru "Son zəng"lə əlaqəli valideynlərdən pul yığılmasına görə yayılmış səs yazısına görə ötən gün vəzifəsindən azad edilib. 




Bölməyə aid digər xəbərlər