12:29 / 14-05-2025
Sabah leysan yağacaq
Birlik sədrinin şikayəti rədd olunub
Tarix: 14-05-2025 12:53 | Bölmə: Xəbərlər
Birlik sədrinin şikayəti rədd olunub

Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qərar verib.

Məlumata görə, Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

Qərara əsasən, vəsatət təmin edilməyib(Report).

Qeyd edək ki, o, bu ilin aprel ayında saxlanılıb.

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.




Bölməyə aid digər xəbərlər