10:24 / 15-11-2025
"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb
10:20 / 15-11-2025
Rəşt-Astara dəmir yolu üzrə icra müqaviləsi yaxın vaxtlarda imzalanacaq
09:32 / 15-11-2025
Rusiya üzərində 64 Ukrayna PUA-sı vurulub
09:08 / 15-11-2025
Dəyəri 90 milyon dollardan çox olan heroin aşkar edilib - Fotolar
08:42 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedir
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
18:05 / 14-11-2025
Zaxarova: Dialoqu bərpa etmək istəyi sürətli deyil
18:01 / 14-11-2025
Qanunu pozan şirkət rəhbəri 20 min manat cərimələnib
17:59 / 14-11-2025
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb
17:46 / 14-11-2025
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
17:46 / 14-11-2025
Bəzi ukraynalılar ABŞ-dan deportasiya olunacaq
17:30 / 14-11-2025
Deputatlar bu tarixlərdə büdcəni müzakirə edəcəklər
17:13 / 14-11-2025
Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırılıb
17:02 / 14-11-2025
Zelenski Əliyevə zəng edib
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:47 / 14-11-2025
İpoteka və Kredit Zəmanət Fondu 650 minlik xidməti maşınlar alır
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
16:29 / 14-11-2025
Bakıda iki tona yaxın yararsız ət aşkarlanıb
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
15:58 / 14-11-2025
Almaniya 260 min nəfərlik ordu formalaşdırır
15:49 / 14-11-2025
Azərbaycan əhalisinin sayı açıqlanıb
15:38 / 14-11-2025
Prezident Agentlik sədrinə yeni vəzifə verib
15:34 / 14-11-2025
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var
15:24 / 14-11-2025
"Bakı Metropoliteni"ndə departament rəisi vəzifəsinə təyinat olub
14:49 / 14-11-2025
Afrikada vəbaya yoluxanların sayı 300.000-i keçib, 7000-dən çox ölüm qeydə alınıb
14:47 / 14-11-2025
Zəngilana daha 110 nəfər köçüb - (Yenilənib)
14:42 / 14-11-2025
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
16:53 / 12-11-2025
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
00:50 / 12-11-2025
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
12:13 / 11-11-2025
Yeni avtomobil dünya rekordu qazanıb
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
13:00 / 10-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
Aydan Nuriyevanın musiqi dünyası - Etibar Cəbrayıloğlu yazır
Tarix: 13-05-2025 18:10 | Bölmə: Mədəniyyət

Etibar CƏBRAYILOĞLU
Həmin gün gözəl bir yaz axşamının sükutunu ecazkar klassik musiqi və ifaçıya ünvanlanan alqış sədaları pozdu. Gənc musiqiçi Aydan Nuriyeva fortepianonun dillərinə barmaqları ilə deyil, ürəyi ilə toxunurdu sanki...
Dünən Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu Aydan Nuriyevanın ilk solo konserti keçirildi.
Moskva, Sankt-Peterburq, Nyu-York səhnələrini fəth edən 15 yaşlı azərbaycanlı qız
Aydan Nuriyeva 2010-cu il aprelin 16-da Moskvada anadan olub. Valideynlərinin işi ilə bağlı Rusiya paytaxtında yaşayan balaca Aydan nənəsi Nəzirə Cahangirovadan təkcə nağıl, şeir və tapmaca deyil, həm də musiqi ilə bağlı söhbətlər eşidib. Tanınmış elm və təhsil xadimi Nəzirə xanım Balabəyqızı nəvəsi Aydanda musiqiyə maraq oyada bilib.

6 yaşında Moskvadakı Uşaq İncəsənət Məktəbinə daxil olan balaca istedad tanınmış pedaqoq Yelena Litvinadan dərs alıb. Yelena Valeriyevna öz yetirməsini belə xarakterizə edir: “Elə ilk günlərdən Aydan musiqi duyumu, yüksək yaradıcılıq potensialına malik uşaq kimi diqqətimi çəkməyi bacardı. Çox tələbkar, öz üzərində yorulmadan çalışmağı sevir. Onu dinləmək maraqlıdır”.
İkinci sinifdən Aydan Nuriyeva müxtəlif müsabiqə və festivallarda iştirak etməyə başlayıb, ilk mükafatlarını qazanıb. Balaca istedada P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında, Sankt-Peterburq Dövlət Muzeyində, İtaliyanın Qrossemo şəhərindəki Duomo di San Lorenzo kilsəsində, ABŞ-nın Nyu-York şəhərindəki Karnegi-Hollda çıxışlar etmək və mükafatlar qazanmaq nəsib olub. O, VII Moskva Açıq İncəsənət Festivalının, V Beynəlxalq Gənc Pianoçular Müsabiqə-Festivalının laureatıdır. 2019-cu ilin martında keçirilən VIII Moskva Açıq İncəsənət Festivalının Qran-Prisini qazanıb.
Günəşli Bakının adajiosu
2022-ci ilin fevralından Aydan valideynləri ilə birgə doğma Azərbaycana qayıdıb. Musiqi təhsilini Bülbül adına Musiqi Məktəbində davam etdirən istedadlı pianoçu burada Əməkdar müəllim Adilə Rəhimovadan, Əməkdar incəsənət xadimi Kəmalə Neymanovadan dərs alıb.
Vətənində də bir çox müsabiqələrdə, konsertlərdə həvəslə iştirak edən Aydan Nuriyeva Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 2023-cü ilin aprelində təşkil edilən IV Respublika müsabiqəsinin I dərəcəli laureatıdır. Gənc və istedadlı pianoçu Xalq artisti Teymur Göyçayevin, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə konsertlərdə öz ifası ilə diqqət çəkib.

Dünən yaz axşamında Aydan Nuriyevanın ilk solo konsertinə toplaşanlar bu gənc istedadın ürəyindən və barmaqlarından süzülən gözəl ifalar dinləmək ümidində idilər. Aydan valideynlərinin, pedaqoqlarının başını uca etdi. Şopenin, Bethovenin, Şumanın, Prokofyevin əsərləri Aydanın ifasında necə də gözəl və özünəməxsus tərzdə səsləndi. Dünyanın müxtəlif səhnələrində adından söz etdirən 15 yaşlı Aydan Nuriyeva doğma Bakıdakı solo konsertində şəhərin musiqi həyatına gözəl bir hava gətirdi. Balaca skripkaçı Elmira Dadaşova Çaykovskinin “Düşüncələr” əsərini ifa etməklə Aydanla həmrəyliyini bildirdi sanki.
Həmin yaz axşamı səhnəni bəzəyən gül dəstələri, çələnglər, zalda səslənən aramsız tamaşaçı alqışı hamıda bir ümid yaratdı - gənc və istedadlı pianoçu Aydan Nuriyeva bu al-əlvan çələngləri, gurultulu alqışları hələ çox qazanacaq. Özü də təkcə doğma Bakıda yox, dünyanın hər yerində. Axı əsl musiqi, əsl istedad sərhəd tanımır...
Bölməyə aid digər xəbərlər

13-11-2025, 10:35
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu ittiham edir
13-11-2025, 08:49
Yeni filmin nümayişi dekabrda olacaq
12-11-2025, 12:17
İki aşıqla bağlı tarixlər UNESCO-nun yubileylər proqramına daxil edilib
12-11-2025, 12:15
Mənsum İbrahimov Gəncədəki konsertini təxirə salıb
12-11-2025, 12:11
Polad Bülbüloğlu: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"
12-11-2025, 11:51
Naxçıvanda yeni regional idarələr yaradılıb - Fərman
8-11-2025, 23:52
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
7-11-2025, 15:13
"Gözümün nuru - Vətən" filmini təqdim ediblər - Fotolar
7-11-2025, 00:06
Məşhur aktyorlar yeni filmdə rəqabət aparacaqlar
6-11-2025, 16:42
"44" bədii filminin çəkilişləri başa çatıb - Fotolar
6-11-2025, 16:09
Yeni filmin çəkilişinə başlayıblar
5-11-2025, 16:13
Ən çox və ən az kitab oxunan ölkələr... - Siyahı
5-11-2025, 14:48
Rasim Balayev qalmaqallı çıxışdan danışıb
5-11-2025, 08:56
Uğursuz filmin qəhrəmanı "Oskar"a namizəd ola bilər - Foto
4-11-2025, 22:32
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
4-11-2025, 21:10
16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
4-11-2025, 09:55
İki məşhur yeni trillerdə rol alacaq
4-11-2025, 08:08
Fermerlər Ginnesin Rekordlar Kitabına düşüb - Fotolar
3-11-2025, 10:20
Məşhur aktyoru yeni filmə dəvət ediblər
1-11-2025, 09:04
Heydər Əliyev Mərkəzində festivalın açılışı olub - Fotolar
31-10-2025, 17:40
Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib
30-10-2025, 17:50
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
29-10-2025, 18:21
“İçərişəhər” Dövlət Qoruğuna Aparat rəhbəri təyin edilib
29-10-2025, 16:47
Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto
29-10-2025, 14:20
Əməkdar artist vəzifədən azad olunub
29-10-2025, 12:04
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda: Axar-Baxar Milli Parkının açılışı olub - Fotolar
29-10-2025, 11:06
Cokerin yeni obrazı nəşriyyata təqdim olunub - Foto
28-10-2025, 13:46
Ən böyük dairəvi əl xalçasını toxuyurlar - Fotolar
28-10-2025, 12:31
Casuslardan bəhs edən ən yaxşı filmlərin adı açıqlanıb - Siyahı
27-10-2025, 15:47
"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan olunub
27-10-2025, 14:40
İki məşhurun rəsm əsəri satışa çıxarılıb - Fotolar
27-10-2025, 13:18
Döyüş filmi kimi çəkiblər, amma...
27-10-2025, 10:13
Opera müğənnisi: "Xalq artistləri kafe səviyyəsindədirlər"
27-10-2025, 07:51
Kino şirkətlərinin müqaviləsi kütləvi etirazla qarşılanıb
25-10-2025, 10:34
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
24-10-2025, 23:49
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
24-10-2025, 14:01
AYB məhkəmədə şairə qalib gəlib
24-10-2025, 08:51
“Dyuna”nın ulduzu “Damokl qılıncının altında” yaşayır
23-10-2025, 23:00
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
23-10-2025, 16:14
Filmin hüquqları 20 milyon dollara satılıb
22-10-2025, 18:05
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
22-10-2025, 16:37
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
22-10-2025, 15:55
Qurban Pirimov direktor təyin olunub
22-10-2025, 13:54
Məşhur kino şirkətini satışa çıxarıblar
22-10-2025, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
21-10-2025, 16:36
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
21-10-2025, 11:34
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək