09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İki ölkə arasında qalmaqal yaranıb
Tarix: 28-11-2023 14:38 | Bölmə: Xəbərlər
İki ölkə arasında qalmaqal yaranıb

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə britaniyalı həmkarı Rişi Sunak arasında Londonda planlaşdırılan görüş son anda ləğv edilib və iki ölkə arasında gərginlik yaranıb.

Reyting.az
xəbər verir ki, Sunakın İngiltərədəki məşhur Britaniya Muzeyində sərgilənən Parthenon məbədinin heykəlləri ilə bağlı görüşü son anda ləğv etməsi gərginliyi daha da artırıb.

Mitsotakis Sunakın bu addımını tənqid edərək deyib ki, İngiltərə baş nazirinin planlaşdırılan görüşü görüşdən saatlar əvvəl ləğv etməsindən narahat olub:

“Yunanıstanın Parthenon heykəlləri ilə bağlı mövqeyi hamıya məlumdur. Mən ümid edirdim ki, britaniyalı həmkarımla bunları müzakirə etmək imkanım olacaq”.

Yunanıstanın baş naziri əlavə edib ki, mövqeyinin doğruluğuna və ədalətinə inanan heç kim heç vaxt mübahisələrlə üzləşməkdən çəkinməyəcək.

Xatırladaq ki, Yunanıstan bundan əvvəl də dəfələrlə Britaniya Muzeyindən Britaniya diplomatı Lord Elginin 19-cu əsrin əvvəllərində Osmanlı İmperiyasında səfir olarkən məbəddən çıxardığı 2500 illik əsərlərin həmişəlik geri qaytarılmasını istəyib. Mitsotakis bazar günü BBC-yə müsahibəsində bu məsələ ilə bağlı danışıqların sürətlə getmədiyini bildirib. Mitsotakis heykəllərin Britaniya Muzeyində saxlanmasının “Mona Lizanı ikiyə bölmək” kimi olacağını deyib.

Adının açıqlanmasını istəməyən Britaniyanın hökumət rəsmisi bildirib ki, mərmərlərlə bağlı müzakirələr görüşün davam etdirilməsinin məqsədəuyğun olmadığı anlamına gəlir.

Qeyd edək ki, bundan əvvəl Sunakın sözçüsü heykəllərin geri qaytarılması planının olmadığını bildirmişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb