09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Türkiyədə hakerlərə qarşı əməliyyat: 37 nəfər saxlanılıb
Tarix: 29-11-2023 09:45 | Bölmə: Xəbərlər
Türkiyədə hakerlərə qarşı əməliyyat: 37 nəfər saxlanılıb

Türkiyənin 15 şəhərində "Kibergöz-9" kod adlı əməliyyat keçirilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, 15 şəhərdə baş tutan əməliyyatlarda 37 şəxs şübhəli qismində saxlanılıb.

Məlumata görə, onlar əsasən futbola və digər qanunsuz mərc oyunları sistemini yaratmaqla fırıldaqçılıqla məşğul olublar.

Nazir qeyd edib ki, qanunsuz mərc oyunu təşkil edənlərə qarşı əməliyyat davam edəcək.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb