Putinin qızı PUA istehsalı ilə məşğul olacaq
Tarix: 29-11-2023 11:06 | Bölmə: Xəbərlər
Putinin qızı PUA istehsalı ilə məşğul olacaq

Daha çox “İnnopraktika” kimi tanınan və Rusiya lideri Vladimir Putinin qızı Katerina Tixonovanın rəhbərlik etdiyi Milli İntellektual İnkişaf Fondu Rusiyanın ən böyük dron istehsalçısının payını alıb.

Reyting.az
xəbər verir ki, söhbət “Geoscan” şirkətlər qrupundan gedir.

“The Moscow Times” yazır ki, “Geoscan” mülki aviasiya pilotsuz uçan aparatları (PUA), həmçinin fotoqrammetrik məlumatların emalı üçün proqram təminatı istehsal edir. Maraqlıdır ki, 2023-cü ilin iyulunda Ukrayna bu şirkətə qarşı sanksiyalar tətbiq edib, çünki onun məhsulları hərbi və ya ikili təyinatlı mal və xidmətlərin istehsal zəncirinə inteqrasiya olunub. Sanksiyaların tətbiqinə səbəb Başqırdıstan hökumətinin başçısı Andrey Nazarovun bəyanatı olub. O bildirib ki, “Geoscan” Ufa obyektlərində Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün pilotsuz təyyarələr istehsal edəcək.

“2022-ci ilin iyul ayına qədər “Geoscan-Ufa” “Geoscan” şirkətlər qrupunun bir hissəsi idi, lakin Semenov şirkətin 40 fazini qalan 60 faziə sahib olan “Ural-Trading” şirkətinin baş direktoru Venus Mirzəyanova satıb. “Ural-Trading”in özü naməlum şəxsə məxsusdur. Şirkət çoxsaylı fəaliyyətlərlə məşğuldur - daşınmaz əmlakın qiymətləndirilməsindən tutmuş pivə və ət ticarətinə qədər. Dronların istehsalı onun profilinə daxil deyil”, - məlumatda deyilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb