09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Nazir baş naziri hədələyir: hökuməti yıxaram!
Tarix: 29-11-2023 12:31 | Bölmə: Xəbərlər
Nazir baş naziri hədələyir: hökuməti yıxaram!

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hökumətin Qəzza zolağına hücumlarını davam etdirməyəcəyi təqdirdə baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətini buraxmaqla hədələyib.

Reyting.az
xəbər verir ki, Ben-Qvir faktiki olaraq İsrail hökumətini devirməklə hədələyib.

Ben-Qvir hökumətin Qəzza zolağına hücumlarını davam etdirməyəcəyi təqdirdə baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətini dağıtmaqla hədələyərək, deyib ki, “müharibənin dayandırılması hökumətin dağıdılması” deməkdir.

Amma Benni Qantsın rəhbərlik etdiyi Milli Birlik Partiyasının dəstəyi davam edərsə, Ben-Qvirin gedişindən sonra Netanyahu hökuməti hakimiyyəti davam etdirə bilər.

Qeyd edək ki, HƏMAS Qəzza zolağında humanitar fasilənin 5-ci günündə 10 israilli və 2 taylandlı məhbusu azad etdikdən sonra İsrail də 15-i qadın və 15-i uşaq olmaqla ümumilikdə 30 fələstinli məhbusu azad edib.

Sonuncu məhbus mübadiləsi ilə Qəzza zolağında humanitar sülh başlayandan bəri 60 israilli və ən azı 21 xarici vətəndaş HƏMAS tərəfindən 5 qrupda azad edilib. İsrailin azad etdiyi fələstinli məhbusların sayı 180-ə çatıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb