Dünyanın ən nüfuzlu qadınlarının adı açıqlanıb - Siyahı
Tarix: 30-11-2023 15:49 | Bölmə: Xəbərlər
Dünyanın ən nüfuzlu qadınlarının adı açıqlanıb

2023-cü ilin ən nüfuzlu 25 qadınının siyahısı dərc edilib. Reyting.az xəbər verir ki, Britaniyanın “Financial Times” qəzetinin dərc etdiyi dünya üzrə siyahıda amerikalı aktrisa Margo Robbi, müğənni Beyonse və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin də adları var.

Nəşrin yazdığına görə, bu xüsusi layihə bir neçə ay ərzində onlarla bürodan olan yüzlərlə jurnalistin, onların oxucularının və sənaye liderləri ilə məsləhətləşmələr nəticəsində tərtib olunub.

Siyahıya Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskayanın, iranlı hüquq müdafiəçisi Narges Mohammadinin, BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının (CBD) icraçı katibi Elizabet Maruma Mremanın, Braziliyanın ətraf mühit naziri Marina Silvanın və İsveçrənin Federal Şura üzvü Karin Keller-Sutterin də adları daxil edilib.

Siyahıda Cənubi Koreya musiqi qrupu aespanın nümayəndəsi, yazıçı Lola Şonein, “OpenAI”-ın texniki direktoru Mira Muratinin və digər qadınların da adları var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb