İsrail Qəzzada döyüşləri bərpa edib
Tarix: 01-12-2023 09:54 | Bölmə: Xəbərlər
İsrail Qəzzada döyüşləri bərpa edib

İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edib.

Reyting.az
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) “X” platformasında məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri HAMAS-ı İsrail ərazisini atəşə tutmaqda ittiham edib.

Bildirilir ki, atəşkəsin başa çatmasına az qalmış Qəzza zolağından İsrail ərazisi raket atəşinə tutulub.

Məlumata görə, İsrail Qəzzaya avia və artilleriya zərbələri endirir.

Qeyd edək ki, noyabrın 24-dən noyabrın 30-dək tərəflər arasında humanitar atəşkəs elan olunmuş və sonradan atəşkəs müddəti uzadılmışdı. Bu müddət ərzində girov və əsir mübadiləsi keçirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb