Kreml: "Qəzzada yenidən atəşkəs olmalıdır"
Tarix: 01-12-2023 16:29 | Bölmə: Xəbərlər
Kreml: "Qəzzada yenidən atəşkəs olmalıdır"

"Qəzzada yenidən atəşkəs olmalıdır".

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov İsrailin Qəzza zolağına bugün yenidən hücum etməsi ilə bağlı suala cavabda deyib.

Peskov bildirib ki, tərəfələr yenidən atəşkəslə bağlı danışqlara dönməlidir:

"Hazırda Qəzzada baş verən humanitar fəlakətin böyüklüyünü nəzərə alsaq, atəşkəsin yenidən bərpa ounmasının vacibliyi önə çıxır. Hələ də girovlari n mübadiləsi tamamlanmayıb, mülki insanlaırn təhülksəizliyi təminat altına alınmayıbsa, müharibəyə yer yoxdur".

Peskov qeyd edib ki, Rusiya Qəzzada olan öz vətəndaşlarının azad edilməsi üçün tərəflərlə əlaqə saxlayır.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}