09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ukraynaya yenidən dron hücumu başlayıb
Tarix: 05-12-2023 09:52 | Bölmə: Xəbərlər
Ukraynaya yenidən dron hücumu başlayıb

Ukraynanın bir sıra bölgələri gecə saatlarında yenidən Rusiyanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Reyting.az
xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Xarkov vilayətinin Şevçenkovski və Balakleyski rayonlarında “Şahed” tipli dronların bir neçə qrupunun hərəkəti barədə xəbərdarlıq edib.

Daha sonra bir qrup PUA-nın Çuqev vilayətində, digərinin isə Xerson vilayətinin Berislavski rayonunda Nikolayev vilayətinə doğru hərəkət etdiyi bildirilir. Həmçinin Odessa vilayəti istiqamətində uçan qrup görünüb. Sonradan Krivoy Roqdan cənubda başqa bir qrup dron ortaya çıxıb.

Ukrayna Hərbi Hava Qüvvələri Nikolaev və Odessa vilayətlərinin sərhədi boyunca qərb istiqamətində hücum PUA-larının hərəkəti barədə xəbərdarlıq edib.

Bildirilir ki, bir qrup dron Vinnitsa vilayətinin mərkəzinə - Tulçin şəhəri istiqamətində uçub. Digər qrup isə Çerkassı vilayətinin qərb hissəsindən qərbə doğru gedib.

Ukrayna müdafiə qüvvələri hücumların qarşısını almaq üçün potensialını ortaya qoyub. Qeyd edilib ki, xəbərlər tam dəqiqləşdiriləndən sonra daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, dünən Ukrayna müdafiəçiləri hücum edən 23 drondan 18-ni vurub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb