Qəzzada mülki obyektlər vurulub, 50 nəfər həlak olub
Tarix: 05-12-2023 13:26 | Bölmə: Xəbərlər
Qəzzada mülki obyektlər vurulub, 50 nəfər həlak olub

Bu gün İsrail ordusu Qəzzada Xan Yunus şəhərində bəzi mülki obyekləri, o cümlədən Deyr əl-Bələh bölgəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsini bombalayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA Agentlii məlumat yayıb.

Bildirilib ki, bombalamada ən azı 50 nəfər ölüb, 100-dən çox yaralı var: "İsrail təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə təşkil etdiyi hücumlarda ən azı 40 nəfər həyatını itirib. Nuseyrat Qaçqınlar Düşərgəsinin bombalaması nəticəsində 10 nəfər həlak olub, yaralıların sayı isə 100-ü ötüb".

Yayılan xəbərə görə, bununla Qəzzada ölən mülki əhalinin sayı 15 min 899-a yüksəlib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb