Vasif Talıbovun oğlu narazılıq yaradıb - Fotolar
Tarix: 05-12-2023 14:15 | Bölmə: Xəbərlər
Vasif Talıbovun oğlu narazılıq yaradıb
Vasif Talıbov

Naxçıvan şəhərində Seymur Talıbova məxsus ofisin önündə etiraz aksiyası keçirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, aksiyada Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş sədri Hicran Rüstəmovun ailə üzvləri iştirak ediblər.

Seymur Talıbova məxsus "Reges Cars" ofisinin önündə keçirilən aksiya zamanı onlar hazırda həbsdə olan Rafael Əliyev və Hicran Rüstəmovun məhz Seymur Talıbova görə həbs edildiyini, dövlətə olan borcları onun ödəməli olduğunu bildiriblər.

Qeyd olunub ki, S. Talıbov tərəfindən dövlətə pulun bir qismi ödənilib, yaxınları isə məhz ona görə 1 ilə yaxındır həbsdədilər. Artıq 3-cü dəfədir bura gəldiklərini deyən etirazçılar, hələ də S. Talıbovun qəbuluna düşə bilmədiklərini deyiblər.


Seymur Talıbov

Aksiya zamanı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin, Rafael Əliyev isə 144 milyon manat dövlət vəsaitinin mənimsəmələrində ittiham edilirlər.

Onu da qeyd edək ki, Seymur Talıbov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğludur.





Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb