09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Əjdər Ol kassasiya şikayətini geri götürüb
Tarix: 06-12-2023 14:33 | Bölmə: Xəbərlər
Əjdər Ol kassasiya şikayətini geri götürüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda şikayətə baxılıb.

Əjdər Cəbiyev məhkəməyə ərizə göndərib. O, kassasiya şikayətini geri götürüb.

Qeyd edək ki, Əjdər Cəbiyev(Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Onun məhkəməsi 2 ildir davam edir.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb